Hindistan da fövqəladə rejimə keçib

Dünya

23.03.2020 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Ölkənin böyük şəhərlərində karantin qaydaları tətbiq olunub

 

Hindistanda milyonlarla insanın koronavirusdan qorunması üçün tədbirlər gücləndirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkənin paytaxtı Yeni Delhi daxil olmaqla, Mumbay, Bangalor, Çennai, Hayderabad və Kolkata kimi böyük şəhərlərdə karantin rejiminin tətbiqinə qərar verilib. O cümələdən ölkənin 75 bölgəsində yaşayan sakinlər 31 marta qədər səyahət, iş və hərəkət məhdudiyyətləri altında həyatına davam edəcək.

 

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatına görə, indiyədək 415 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər həyatını itirib. Pandemiyanın miqyasının qəfil artması Hindistanda da əhali arasında təcili tədbirlərin görülməsini zəruri edib.

 

Hindistan Tibb Tədqiqatları Şurasının baş direktoru Balram Bhargava məlumat verib ki, son bir həftə ərzində əhali arasında 5000, indiyə qədər isə virusun aşkarlanması ilə bağlı 15000 yoxlama aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş