Harrisin xarici siyasət prioritetləri məlum olub

Dünya

25.02.2021 - 14:37

Vitse-prezident kiber təhlükəsizlik və səhiyyə sahəsində beynəlxalq əməkdaşlıqda maraqlıdır

 

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin xarici siyasətdəki prioritetləri açıqlanıb. Ehtimal edilir ki, onun xarici siyasətdəki əsas prioritetləri kiber təhlükəsizlik və səhiyyə sahəsində beynəlxalq əməkdaşlıqdır. AYNA xəbər verir ki, bu barədə CBS TV Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

 

Siyasətçinin ABŞ Prezidenti Co Baydenə xarici siyasət kursunun hazırlanmasında fəal kömək etmək niyyətində olduğu qeyd edilib. Mənbələr Harrisin kiber təhlükəsizlik və səhiyyə sahələrinə çox əhəmiyyət verəcəyinə inanır, çünki Kaliforniyadan olan senator əvvəllər bu sahələrə maraq göstərib.

 

“Tərəfdaşların iştirakı olmadan maraqlarınıza uyğun məsələləri həll etmək mümkün deyil və bu, yeni rəhbərliyin leytmotividir. Qlobal sağlamlıq, kiber təhlükəsizlik, Çin ilə münasibətlər, iqlim, regional məsələlər: bunların heç biri güclü tərəfdaşlar olmadan həll edilə bilməz. Hesab edirəm ki, vitse-prezident bu barədə düşünür və buna görə də burada tərəfdaşların iştirak etməsini vacib bilir”, - deyə Ağ Evdəki mənbə əlavə edib.

 

CBS qeyd edir ki, andiçmə mərasimindən sonrakı ilk altı ayda nə Bayden, nə də Harris xaricə səfər planlaşdırır.

 

Qeyd edək ki, 16 fevralda Harrisin Prezidentin əvəzindən dünya liderləri ilə telefon danışıqları apardığı məlum olub. Məsələn, Kanada Baş naziri Custin Trudeau və Fransa Prezidenti Emmanuel Makron ilə danışıb.

Müəllif: Ayna.az