Gürcüstanda yanvarın 15-dək qeyri-iş günü elan edilib

Dünya

03.01.2021 - 23:25

Qonşu ölkədə karantinlə bağlı məhdudiyyətlərin müddəti də yenilənib

 

Gürcüstanda koronavirusla bağlı statistik göstəricilər yaxşılaşsa da, hökumət məhdudiyyətləri davam etdirmək qərarı veriblər.

 

AYNA gürcü mediasına istinadən bildirir ki, İdarələrarası Koordinasiya Şurasının qərarı ilə ölkədə tətbiq edilən məhdudiyyətlər daxilində, qeyri-iş günlərinin sayı artırılıb. Belə ki, 4-15 yanvar tarixləri qonşu ölkədə qeyri-iş günləri elan edilib.

 

Əvvəllər ölkədə Yeni il münasibəti ilə tətil günləri müvafiq olaraq 1-2 yanvar və 7 yanvar idisə, 2021-ci ildə, ölkədəki səlahiyyətlilərin qərarına görə, istirahət günləri 1 yanvar - 15 yanvar arasında davam edəcək. Bu müddətdə yalnız banklar, strateji əhəmiyyətli obyektlər və xidmət sahələri fəaliyyət göstərəcək.

 

Bu gün tarixindən etibarən ölkədə ötən ilin 28 noyabr və 24 dekabr tarixlərində qüvvəyə minən bütün məhdudiyyətlər yenilənib.

 

Qeyd edək kli, son bir neçə gündə Gürcüstanda koronavirus statistikası yaxşılaşıb. Belə ki, 2 yanvarda 342, 3 yanvarda 417 yeni yoluxma qeydə alınıb. Xəstəlikdən sağalanların sayı isə hər gün 2 min nəfəri keçir. Amma azalma ölüm sayında əks olunmur: son iki gündə 75 xəstə vəfat edib.

 

Müəllif: Ayna.az