Hazırda 9 nəfərin axtarışları davam etdirilir
Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bələdiyyəsində ölənlərin sayı 24 nəfərə çatıb.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Mövcud məlumata görə, hazırda 9 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.