Gürcüstanda parlament seçkiləri: Hakim partiya çoxluğu itirir

Dünya

01.11.2020 - 11:24

Səslər sayıldıqca “Gürcü Arzusu”nun qazandığı rəqəm azalır

 

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. AYNA “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səslərin yarısının hesablanmasından sonra hakim “Gürcü Arzusu” partiyası səhər saat 7-yə kimi 49,98 faiz qazandığı səslərlə parlamentdəki çoxluğunu itirib, bülletenlərin 50,45 faizi işlənib.

 

Səslər sayıldıqca “Gürcü Arzusu”nun qazandığı rəqəm azalır - əvvəlcə bülletenlərin dörddə biri işləndikdən sonra səslər 54 faizdən çox idi.

 

Hazırda səslər aşağıdaki kimi təsnif olunur:

 

“Gürcü Arzusu - Demokratik Gürcüstan” - 49,98 faiz (418 127 səs);

 

“Vahid Milli Hərəkat”ın yaratdığı “Birlikdə Güc” bloku – 25,42 faiz (212,671 səs);

 

“Avropalı Gürcüstan” (Devid Bakradze) - 3,83 faiz (31,969 səs);

 

“Vətənpərvərlər Alyansı” (Irma İnaşvili) - 3,29 faiz (27 533 səs);

 

“Lelo” (Mamuka Xazaradze) - 3,1 faiz (25 945 səs);

 

“Aqmaşenebeli Strategiyasi” (Qeorqi Vaşadze) – 2,46 faiz (8 705 səs);

 

“Qirçi” (Zurab Caparidze) - 2,83 faiz (23,708 səs);

 

“Vətəndaş” (Aleko Elisaşvili) - 1,32 faiz (11,022 səs);

 

“Leyboristlər Partiyası” (Şalva Natelaşvili) - 1 faiz (8,400 səs);

 

Digər partiyalar hələ 1 faizlik baryeri aşmayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş