Gürcüstanda son sutka ərzində daha 20 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 568-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 279 nəfər sağalıb. Ölkədə 270 aktiv koronavirus xəstəsi var.