Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək - RƏSMİ

Dünya

15.01.2023 - 17:55

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstan silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir”

“Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib.

 “Gürcüstan hakimiyyəti Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Ona görə də təbii ki, biz qarşıdurmada olan tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik”, - Tsulukiani bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.

Ukraynanın “Evropeyskaya Pravda” nəşri ötən həftə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun məqaləsini dərc edib. Məqalədə diplomat qeyd edib ki, Kiyev Tbilisidən 2008-ci ildə təhvil verilmiş “Buk” komplekslərini geri qaytarmağı xahiş edib.

Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib.

Buna cavab olaraq Gürcüstan Müdafiə Nazirliyi bəyan edib ki, respublika “Buk”u pulsuz almayıb, onları 2007-ci ildə milyonlarla dollarlıq gizli müqavilə əsasında Ukraynadan alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş