Yeni seçki məcəlləsi vətəndaşlardan öz ölkələrinə qayıtmağı və qeydiyyat ünvanlarına uyğun səs verməyi tələb edir
Gürcüstan Parlamenti xaricdə yaşayan ölkə vətəndaşlarının yaşayış yerlərində seçkilərdə səs verməsini qadağan edəcək yeni seçki məcəlləsi üzərində işə başlayır. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvilinin brifinqi zamanı deyib.
Onun sözlərinə görə, yeni məcəllə vətəndaşlardan öz ölkələrinə qayıtmağı və qeydiyyat ünvanlarına uyğun səs verməyi tələb edir.
"2024-cü il parlament seçkiləri xaricdən gələn seçicilərə qarşı nə qədər açıq və sərt informasiya və siyasi təzyiqin ola biləcəyini açıq şəkildə nümayiş etdirdi", - Papuaşvili əlavə edib.
Siyasətçinin sözlərinə görə, xaricdə səs verməyə oxşar qadağalar Ermənistan, İrlandiya, İsrail və Maltada müşahidə olunur. O qeyd edib ki, ölkədə yaşamayan vətəndaşlar hakimiyyətin nəzarət edə bilmədiyi digər ölkələrin siyasi mühitinin təsiri altına düşə bilərlər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 2024-cü ildə xaricdə səs vermək üçün təxminən 96.000 nəfər qeydiyyatdan keçib.