Gürcüstan hakimiyyəti Saakaşvilini səbrsizliklə gözləyir

Dünya

27.08.2020 - 19:53

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Həbs proseduru hazırdır və təbii ki, Gürcüstan həbsxanalarından birində ona yer var”

 

Gürcüstan hakimiyyəti sabiq Prezident Mixail Saakaşvilinin vətəninə qayıtmaq niyyəti barədə açıqlamasına reaksiya verib. AYNA-nın “Exo Kavkaza” nəşrinə istinadən məlumatına görə, Gürcüstanın Ədliyyə naziri Teya Çulukiani deyib ki, Saakaşvilini böyük məmuniyyətlə gözləyirlər.

 

“Əlbəttə, Saakaşvili özündə güc tapıb Gürcüstana gəlsə, biz onu məmnuniyyətlə qarşılayacağıq. Həbs proseduru hazırdır və təbii ki, Gürcüstan həbsxanalarından birində ona yer var”, - deyə nazir vurğulayıb.

 

O, keçmiş Prezidentin axtarışda olduğunu, ona qarşı bir sıra cinayət işlərinin açıldığını xatırladıb: “Saakaşvili həbsxanada olarkən ona yaxşı baxılacaq”.

 

Qeyd edək ki, Saakaşvili açıqlamasında bildirib ki, Ukrayna onun ikinci evinə çevrilib, amma Gürcüstana qayıtmağın da vaxtı çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş