"Georgian Airways" aviaşirkəti Tbilisi-Meilan-Türkmenabat-Tbilisi marşrutu üzrə yük reyslərinə başlayıb
İyul ayından Gürcüstanın "Georgian Airways" aviaşirkəti Tbilisi (Gürcüstan) - Meilan (Çin) - Türkmenabat (Türkmənistan) - Tbilisi (Gürcüstan) marşrutu üzrə yük reyslərinə başlayıb.
AYNA xəbər verir ki, bu barədə Türkmənabad Beynəlxalq Hava Limanının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni beynəlxalq yükdaşıma əlaqəsi Türkmənistan və Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsində daha bir mühüm addım olacaq.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayından Gürcüstanın “Geosky Georgian International Airlines” aviaşirkəti Tbilisi (Gürcüstan) – Zhengzhou (Çin) – Türkmenabat (Türkmənistan) – Saraqosa (İspaniya) – Tbilisi (Gürcüstan) marşrutu üzrə müntəzəm yük reysləri həyata keçirir.