Goranboyda 11 yaşlı uşaq qətlə yetirilib

Hadisə

22.08.2021 - 21:06

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır

 

Goranboyda 11 yaşlı yeniyetmə öldürülüb. AYNA “Report”a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Fərid Təhməzov qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

 

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

 

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az