Bu gün saat 10:00-dan təmir işlərinə start verilib
Bakının Binəqədi rayonunda avtomobil qəzası qaz xəttinin zədələnməsinə səbəb olub. Bu barədə AYNA-ya "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası baş verib. Bu zaman, diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.
Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.