Hava limanında qandonduran hadisə

Hadisə

06.09.2019 - 20:58

Talbot ömürlük həbs cəzasına məhkum edilə bilər

 

ABŞ-lı bir qadının Filippində yeni doğulmuş bir körpəni çantada gizlədərək ölkə xaricinə qaçırmağa cəhd edib. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı Cennifer Talbot adlı qadın çərşənbə günü Filippinin paytaxtı Manilada Ninoy Aquino Beynəlxalq Hava Limanında saxlanılıb. 

 

ABŞ-a gedən təyyarəyə minmək istəyən qadının çantasında 6 günlük bir oğaln uşağı tapılıb.


 
Rəsmi şəxslər Talbotun uşaqla bağlı miqrasiya idarəsinə məlumat vermədiyini bildiriblər. Milli İstintaq Bürosu (NBI) Talbotun körpəni gizlədərək qaçırmaq niyyətində olduğunu iddia edib.

 

Uşağın anası və atası haqqında da uşağın qorunması qanunu əsasında hüquqi proses başlayıb. Körpə isə sosial xidmətlərə verilib. 

 

Talbot cümə günü haqqındakı ittihamların açıqlandığı mətbuat toplantısına əlləri qandallı vəziyyətdə gətirilib və ittihamlarla bağlı hər hansı şərh verməyib.


 
İstintaq bürosunun hava limanı üzrə rəsmisi Manuel Dimaano bildirib ki, günahı sübuta yetiriləcəyi qəqdirdə Talbot ömürlük həbs cəzasına məhkum edilə bilər.

Müəllif: Ayna.az