Azərbaycanda istirahət mərkəzləri cərimələndi

Hadisə

22.07.2019 - 23:02

Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı üçün cərimələnib. AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyindən medicina.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.



Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən "Həsirli”, "Panorama”, "Meduza”, "Dağlaroğlu” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

 

Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
 
Müəllif: Ayna.az