Bakıda intihar nümayişi

Hadisə

19.07.2019 - 15:06

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən,  Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bu barədə AYNA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az