General Krasevski: “Polşa üçün nüvə dövləti statusu almaq tamamilə mümkündür”

Dünya

12.02.2024 - 16:02

cedabet dərman SEO Xidməti

“Nüvə imkanlarına malik olanların təhlükəsizliyi çox yüksək səviyyədədir”

“Polşa üçün nüvə silahı və nüvə dövləti statusu əldə etmək olduqca mümkündür. Belə bir vəzifəni yaxın illərdə Varşava qarşısına məqsəd kimi qoya bilər”. AYNA xəbər verir ki, bu sözləri “RFM24” radiosuna müsahibəsində istefada olan polşalı general Yaroslav Krasevski deyib.

“Hesab edirəm ki, bu ssenari olduqca realdır. Nüvə imkanlarına malik olanların təhlükəsizliyi çox yüksək səviyyədədir. Tipik olaraq, belə ölkələrə hücum edilmir və lokal böhrana səbəb olan hər hansı bir hərəkətin mümkünlüyü belə nəzərə alınmır. Ona görə də belə bir arsenala sahib olmağı qarşıdakı illərin vəzifəsi hesab edirəm”, - deyə general bildirib.

Keçmiş yüksək rütbəli hərbçinin fikrincə, Ukraynadakı münaqişə başa çatdıqdan sonra beynəlxalq nüvə güc balansına yenidən baxılacaq və Polşa Rusiyanın hərbi gücünü nəzərə alaraq nüvə silahı əldə etməyə çalışacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş