Fransada yeni Baş nazir təyin edilib

Dünya

13.12.2024 - 19:57

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir vəzifəsinə Fransanın mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru təyin edilib.

Fransa Prezidenti Emmanuel Makron yeni Baş nazir təyin edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir vəzifəsinə Fransanın mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru təyin edilib.

Müəllif: Ayna.az