Fransada virusdan ölənlərin sayı sürətlə çoxalır

Dünya

25.03.2020 - 06:25

Həkimlər Klinikalar SEO Xidməti

2 516 nəfər ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib

 

Fransada son sutka ərzində koronavirusdan 240 nəfər həyatını itirib.

 

AYNA xarici mediaya istinaən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon məlumat verib.

 

J.Salmonun sözlərinə görə, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 100 nəfərə çatıb.

 

“Son 24 saatda ölkədə yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 22 300-ə çatıb. 10 176 nəfər hazırda xəstəxanalardadır, onların 2 516 nəfəri ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib", - baş direktor qeyd edib.

 

Hmçinin bildirib ki, xəstələrin üçdə birinin yaşı 60-dan aşağı, 58 faizi 60-80 yaş arasındadır: "Virusun yeni virusun olan insanların 85 faizinin yaşı 70-dən yuxarıdır".

 

Qeyd edək ki, ölkə ərazisində indiyədək virusa yoluxmuş 3 281 nəfər sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş