Fransada koronavirusa yoluxanların sayı artıb

Dünya

05.09.2020 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Fransada son sutkada 8975 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, bu, epidemiya başlayandan bəri rekord göstəricidir.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, mart ayının sonunda sutka ərzində maksimum 7578 yoluxma hadisə olurdu.

 

Hazırda xəstəxanalarda 4671 nəfər koronavirus xəstəsi var, onlardan 473 nəfəri reanimasiyadadır.

 

Qeyd edək ki, Fransada bu günədək koronavirusdan 30686 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş