Bu strategiyaya daha əvvəl imzalanmış ikitərəfli təhlükəsizlik sazişi daxildir
Fransa Milli Assambleyası hökumətin Ukrayna ilə bağlı strategiyasını təsdiqləyib və bu strategiyaya daha əvvəl imzalanmış ikitərəfli təhlükəsizlik sazişi daxildir. AYNA xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Bildirilib ki, məsələ bu gün Senatda müzakirə edilməlidir.
Vurğulanıb ki, martın 14-də Fransa Prezidenti Emmanuel Makron televiziyada Ukraynadakı müharibə ilə bağlı çıxış edəcək.
Milli Assambleyada səsvermədən əvvəl Fransanın Baş naziri Qabriel Attal münaqişədə dönüş nöqtəsi elan edərək qeyd edib ki, Rusiyanın qələbəsi fransız xalqının gündəlik həyatı üçün real təhlükələr daşıyır. Onun fikrincə, səsvermədə bitərəf qalmaq tarix qarşısında məsuliyyətdən qaçmaq kimidir.