Fransa klubunun həkimi koronavirusa görə intihar edib

Dünya

06.04.2020 - 09:07

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus daha bir nəfərin ölümünə səbəb olub 

 

Fransanın "Reyms" klubunun həkimi Bernar Qonsales evində intihar edib.

 

AYNA-nın "Report"a istinadən verdiyi məlumata görə, həyat yoldaşı ilə birgə koronavirusa yoluxmuş 60 yaşlı mütəxəssis özünü öldürüb. Qonsales ölümündən əvvəl yazdığı kağızda intihara məhz koronavirus üzündən əl atdığını bildirib.

 

Fransada ümumilikdə 92 839 pandemiya halı qeydə alınıb. İndiyədək 8 078 nəfər dünyasını dəyişib. Ötən sutka ərzində ölü sayı 518 olub. Dünyada isə koronavirusa yoluxmuş 1 266 000 nəfərdən 69 042-si vəfat edib, 260 967-si sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş