Çauvin ərindən boşanma qərarı verdiyini bildirib
ABŞ-da qaradərili Corc Floydu zorakılıqla qətlə yetirən polisin həyat yoldaşı boşanma qərarı verib. AYNA xəbər verir ki, Kellie Çauvin ərinin həbs edildiyi gün ondan ayrıldığını və cinayətə səbəb olduğu üçün məhkəməyə müraciət etdiyini bildirib.
Kellie Çauvin 10 ildir evli olduqlarına rəğmən, boşanmaqdan başqa çıxış yolu olmadığını ifadə edib. Bununla yanaşı, onun ərindən aliment tələb etmədiyi də vurğulanıb.