Yaralanaların arasında polis əməkdaşı da olub
ABŞ-nin Florida ştatının Doral şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1-i polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.
Bu barədə AYNA “NBC 6” telekanalına istinadən xəbər verir.
“CityPlace Doral” ticarət mərkəzində baş verən atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb. Polis aşağı ətraf nahiyəsindən güllə yarası alıb və xəstəxanaya aparılıb”, - məlumatda deyilir.
Hücum edənin məhv edildiyi bildirilir.