“Financial Times”: Çin qlobal təsir baxımından ABŞ-ı qabaqlayır

Dünya

06.03.2024 - 16:48

cedabet dərman SEO Xidməti

“Çin ABŞ-dan daha ardıcıl və daimi xarici siyasəti ilə üçüncü ölkələri özünə cəlb edir”

Çin diplomatik əlaqələrin fəal inkişafı və ardıcıl xarici siyasət sayəsində qlobal nüfuza görə ABŞ-ı geridə qoyub. AYNA xəbər verir ki, bu barədə Lou İnstitutunun (Avstraliya) ictimai rəy və xarici siyasət proqramının direktoru Rayan Nilam “Financial Times”dakı məqaləsində qeyd edib.

Onun fikrincə, 2019-cu ildə Çin bütün dünyada diplomatik mövcudluğu ilə ABŞ-ı qabaqlaya bilib: “ABŞ lideri Co Baydenin diplomatik şəbəkəsini genişləndirmək cəhdinə baxmayaraq, Birləşmiş Ştatlar Çinlə müqayisədə geri qalıb. Çin dünya üzrə səfirlik və konsulluqların sayına görə ABŞ-dan cüzi irəliləyişlə liderliyini davam etdirir (müvafiq olaraq 274 və 271 diplomatik nümayəndəlik)”.

Nəşr qeyd edir ki, Çinin diplomatik mövcudluğu Afrikada və əksər Asiya ölkələrində ABŞ-ı üstələyir, Amerika isə Qərb ölkələri və Cənubi Asiyada liderliyini qoruyub saxlaya bilib.

Nilam qeyd edib ki, qlobal təsirin qiymətləndirilməsində təkcə kəmiyyət göstəriciləri deyil, həm də keyfiyyət göstəriciləri vacibdir: “Bu baxımdan, Çin ABŞ-dan daha ardıcıl və daimi xarici siyasəti ilə üçüncü ölkələri özünə cəlb edir”.

Ekspert bunu Çinin xarici siyasət prioritetlərinin tez-tez dəyişməsi səbəbindən ABŞ-a xas olan “diplomatik resursları uzun müddət ərzində, diqqəti yayındırmadan, strateji əhəmiyyətli regionlara stabil şəkildə yönəltməyi bacarması” ilə izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş