"Əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb"
Bu gün Fələstin prezidenti Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.
AYNA "Report"a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib.
"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktub ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.
Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.
O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.