FED yenidən uçot dərəcəsini sabit saxlayıb

Dünya

28.01.2021 - 05:34

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb

 

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində saxlanılıb.

 

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən FED ötən ilin dekabrında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Müəllif: Ayna.az