Faktiki hava açıqlanıb

Cəmiyyət

02.09.2021 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

Bölgələrdə küləyin sürəti saniyədə 30 metrə çatır 

 

Ölkədə faktiki hava şəraiti açıqlanıb. Bu barədə AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

 

Sentyabrın 2-si saat 22:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Tovuzda arabir 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Ağdam, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöldə 18 m/s, Kəlvəz, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda arabir 23 m/s, Binədə 18 m/s, Qum adası, Pirallahıda 15 m/s-dək güclənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş