Ağ Evə məktub: “O maskaların hansı şərtlər altında, hansı materialdan və necə hazırlandığı məlum deyil”
Pandemiyanın dünyanı cənginə aldığı vaxtdan dünyada və ölkəmizdə insanlar koronavirusdan qorunmaq üçün tibbi maska axtarışındadırlar. Bu sahədə qıtlıq yarandığı üçün, artıq ev şəraitində də maska hazırlanmasına başlanılıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Elm, Mühəndislik və Beynəlxaq Tibb Akademiyası Ağ Evə “Evdə hazırlanan maskaların təsiri yoxdur” məzmununda məktub göndərib. Məktubda deyilir ki, maskaların hansı şərtlər altında, hansı materialdan və necə hazırlandığı məlum olmadığından belə məhsullardan istifadə səhvdir.
Elmi araşdırmaya görə, qalın maskalar insanı virus təhlükəsindən qismən qorusa da, o cür maskalardan istifadə edənlər arasında havasızlıqdan huşunu itirənlər də olub: “Maskanın üz nahiyyəsinə necə yerləşdirilməsi də vacibdir ki, bu da maska istifadəsində əsas şərtdir. Əldə hazırlanan maskanın istifadəsi zamanı nəmlənən parça virusa yoluxmanı daha da artıra bilər”.