Ermənistanda yenidən zəlzələ olub

Dünya

16.02.2021 - 00:37

Zəlzələnin dərinliyi 10 kilometr olub

 

Ermənistan ərazisində yenidən 3,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, 15 fevral, yerli vaxtla saat 22:27-də Şorza kəndindən beş kilometr şimal-şərqdə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.

 

Zəlzələnin dərinliyi 10 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 4-5 bala çatıb.

 

Yeraltı təkanlar Sevan, Abovyan, Dilican və İcəvan şəhərində hiss olunub.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar