Ermənistanda yeni XİN başçısı təyin edilib

Dünya

18.11.2020 - 21:47

Ermənistan Prezidenti fərman imzalayıb

 

Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.

 

Xatırladaq ki, noyabrın 16-da Zöhrab Mnatsakanyan Ermənistan xarici işlər naziri vəzifəsindən istefa verib.

Müəllif: Ayna.az