Ermənistanda növbədənkənar seçkilər keçiriləcək?

Dünya

27.02.2024 - 17:10

cedabet dərman SEO Xidməti

Alen Simonyan: “Yeni seçkilərin keçirilməsi məsələsi müzakirə olunmayıb və müzakirə olunmur”

“Ermənistanda növbədənkənar seçkilər qəbuledilməzdir. Bu, məsuliyyətdən qaçmaq olardı”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərlə söhbətində hakimiyyətin növbədənkənar parlament seçkiləri keçirib-keçirməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Simonyan qeyd edib ki, Ermənistan vətəndaşları artıq öz seçimini ediblər: “Yeni seçkilərin keçirilməsi məsələsi müzakirə olunmayıb və müzakirə olunmur”.

“Biz məsuliyyəti öz üzərimizə götürdük və sona qədər daşıyacağıq. Bizim Ermənistana və regiona sülh gətirmək missiyamız var. Bundan sonra seçki vaxtı gələcək, biz öz baxışımızı təqdim edəcəyik, müxalifət öz baxışını təqdim edəcək, Ermənistan xalqı isə yenidən azad və ədalətli seçkilərə gedəcək. Və lazım bildiyi hökuməti seçəcək”, - deyə spiker bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş