Ərdoğandan sərt bəyanat : "Əsədin əsgərlərini Suriyanın hər yerində vuracağıq"

Dünya

12.02.2020 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

"Mübarizəni sabah öz torpaqlarımızda aparacağımızı dərk edərək bütün gücümüzdən istifadə edəcəyik"

 

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısını keçirilib. AYNA xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı, “Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə, İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejimin əsgərlərini hər yerdə vuracağımızı buradan bəyan edirəm”, - deyə bildirib.

 

R.T.Ərdoğan daha sonra qeyd edib: “Bu gün Suriyada aparmaqdan imtina edəcəyimiz mübarizəni, sabah öz torpaqlarımızda aparacağımızı dərk edərək bütün gücümüzdən istifadə edəcəyik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş