Ərdoğan Süleyman Soylunun istefasını qəbul etmədi

Dünya

13.04.2020 - 09:17

Həkimlər Klinikalar SEO Xidməti

“Daxili İşlər Nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

 

Rəsmi məlumatda Ərdoğanın Soylunun bu tələbəni münasib hesab etmədiyi qeyd olunub. “Daxili İşlər Nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" – deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verdiyini açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş