“Ərdoğan indiyə qədər aldığı səslərdən daha çox səslə seçiləcək” – PROQNOZ

Dünya

06.03.2023 - 09:44

cedabet dərman SEO Xidməti

Abdulkadir Selvi: “Əksəriyyət səsvermənin birinci turda başa çatacağına əmindir”

“Ərdoğanın yenidən qalib gəlmək şansları böyükdür”. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi Türkiyədə bu il mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə bağlı köşə yazısında qeyd edib.

Selvi hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dairələrində seçkilərin onların xeyrinə çevrildiyinə dair ümumi hisslər var.

“Prezident Ərdoğanın indiyə qədər aldığı səslərdən daha çox səslə seçiləcəyi güman edilir”, - deyə Selvi vurğulayıb.

Onun sözlərinə görə, bəziləri hətta seçkilərin nəticəsi ilə bağlı “artıq qərar verildiyi” qənaətindədir: “Əksəriyyət səsvermənin birinci turda başa çatacağına əmindir”.

Qeyd edək ki, Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Ölkə müxalifətinin birləşdiyi “Altılı masa”nı İYİ Partiyanın başqanı Meral Akşenerin tərk etməsi ilə koalisiyada çatlar əmələ gəlib. Ekspertlər hesab edirlər ki, “Altılı masa”dakı vahid namizədlə bağlı fikir ayrılığı Ərdoğanın yenidən seçilmək şanslarını daha da artırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş