Əmək miqrantlarının Rusiyaya girişi asanlaşdırılır

Dünya

10.02.2021 - 17:57

Miqrantların ölkəyə girişinin sadələşdirilməsi mövzusu hökumətdə fəal şəkildə müzakirə olunur

 

Rusiya kökumətində əməkçi miqrantların ölkəyə girişinin sadələşdirilməsi məsələsi müzakirə olunur. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov deyib ki, Rusiyaya miqrantların girişinin sadələşdirilməsi mövzusu hökumətdə fəal şəkildə müzakirə olunur.

 

“Məsələ yalnız aqrosənaye kompleksi üçün deyil, həm də inşaat sənayesi üçün də aktualdır”.

 

Qeyd edək ki, bundan əvvəl Baş nazirin müavini Viktoriya Abramçenko Kənd Təsərrüfatı Nazirliyinə, Əmək Nazirliyinə və Daxili İşlər Nazirliyinə 2021-ci ildə əcnəbi işçilərin kənd təsərrüfatında mövsümi işlərə cəlb edilməsi üçün prosedurun sadələşdirilməsini hazırlamağı tapşırdığını bildirmişdi. Bununla yanaşı, ötən ay Rusiya Prezidenti Vladimir Putin hökumətə əmək miqrantlarının inşaat sahələrinə sadələşdirilmiş şəkildə cəlb edilməsi məsələsini 1 mart tarixinə qədər nəzərdən keçirməyi tapşırmışdı.

Müəllif: Ayna.az