Əfqanıstanda ABŞ əsgərləri öldürülüb

Dünya

09.02.2020 - 10:05

Həkimlər Klinikalar SEO Xidməti

Hücum zamanı 6 Əfqanıstan hərbçisi də həlak olub

 

Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum zamanı azı 5 ABŞ əsgəri həlak olub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, əfqan mənbələri öldürülən ABŞ əsgərlərinin sayının 5 və ya 6 olduğunu açıqlayıblar. Bildirilir ki, hücum zamanı həmçinin 6 Əfqanıstan hərbçisi həlak olub.

 

ABŞ-ın Silahlı Qüvvələrinin nümayəndəsi isə bildirib ki, Birləşmiş Ştatların azı 6 əsgəri hücuma məruz qalıb. Lakin o, öldürülənlərin olub-olmadığını dəqiqləşdirməyib. 

 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Əfqanıstanın Nanqarhar əyalətində əməliyyat keçirən birləşmiş hərbi qüvvələrinin atəşə məruz qalması barədə məlumat yayılıb. Məlumata görə, hadisə fevralın 8-də baş verib. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş