Hazırda binanın ərazisində 3 min ədəd xəstəxana çarpayısı yerləşdirilib
Covid-19 bəlasından ən çox təsirlənən ölkələrdən olan İranda vəziyyət gərgin olaraq qalır. AYNA xəbər verir ki, ölkənin ən böyük və dünyanın isə ən böyük alış-veriş mərkəzlərindən biri olan “İran Mall” artıq koronaviruslu xəstələrin müalicəsi üçün xəstəxanaya çevrilib.
Mərkəz 45 min kvadrat metrlik sahəyə malikdir və burada hazırda 3 min ədəd xəstəxana çarpayısı yerləşdirilib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda İranda koronavirusa yoluxanların sayı 24 811 nəfərdir, ölənlərin sayı 1934 nəfərə çatıb. Ölənlərin sayına görə İtaliyadan (6820), Çindən (3821) və İspaniyadan (2991) sonra dördüncü yerdədir.