Dünyada həftəlik yoluxmada rekord göstərici

Dünya

16.12.2020 - 07:48

Əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı

 

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 329 927 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Son 7 gündə ölənlərin sayı isə 70 476 nəfər artıb.

 

Həftəlik yoluxma üzrə daha əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı (4 060 891).

 

Qeyd edək ki, dünyada ümumilikdə 73 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox insan bu virusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş