Dünyada COVID-19 qurbanlarının sayı 260 mini ötüb

Dünya

06.05.2020 - 20:34

cedabet dərman SEO Xidməti

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (72 767), Böyük Britaniya (28 650), İtaliya (30 076), İspaniya (25 857) və Fransada (25 531) qeydə alınıb.

 

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş