Virusdan ölənlərin sayı isə 471 mindən çoxdur
Dünya miqyasında koronavirusa yoluxanların sayı 9 milyonu, ölənlərin sayı isə 471 mini keçib. AYNA xəbər verir ki, virusun gündəlik ən çox artdığı Braziliyada 641, Meksikada 1044, Hindistanda isə 445 nəfər dünyasını dəyişib.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 641 nəfərin ölməsi ilə ölkədə virus səbəbindən ölənlərin sayı 50 min 617-ə çatıb. Yoluxanların sayı isə 17 min 459 nəfər artaraq 1 milyon 85 min 38-ə yüksəlib.
Meksika Səhiyyə Nazirliyinin məlumatında isə ölkədə son 24 saat ərzində 1044 nəfərin öldüyü, ölənlərin sayının 21 min 825-ə çatdığı vurğulanıb. Bununla yanaşı, ölkədə COVID-19-a yoluxanların sayı da 5 min 343 nəfər artaraq 180 min 545-ə qalxıb.
Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə isə ölkədə virusa yoluxanların sayı 425 min 282 nəfər yüksəlib. Açıqlamada, son 24 saat ərzində 445 nəfərin öldüyü və ölənlərin ümumi sayının 13 min 699-a çatdığı qeyd edilib.