Dünyada COVID-19-a yoluxanların sayı 65 milyon nəfəri keçdi

Dünya

06.12.2020 - 11:03

Son sutka ərzində 6 min 348 nəfər virusun qurbanı olub

 

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 65 milyon nəfəri ötüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Məlumata görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 65 milyon 7974 təşkil edir. Pandemiya müddətində 1 507 018  insan virusun qurbanı olub.

 

Son sutkada COVID-19-a yoluxanların sayı 403 mindən çox olub, 6 min 348 insan vəfat edib.

Müəllif: Ayna.az