Dörd ayda dövlət büdcəsinə transfertlər 4 milyard 280 milyon manat təşkil edib
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertlər 4 milyard 280 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 100 faiz icra deməkdir. AYNA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 299,1 milyon manat və ya 6,5 faiz azdır.
Qeyd edək ki, Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə əsasən, dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddi 12 milyard 835 milyon manat təşkil edir.