Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

İqtisadiyyat

09.03.2021 - 11:14

Dünya birjalarında neftin qiyməti bahalaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 68,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 65,16 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 69,38 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az