Dövlət Departamenti: “Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında razılaşma üçün həlledici olacaq”

Dünya

15.11.2023 - 22:50

cedabet dərman SEO Xidməti

Obrayen: "Danışıqlarda "bəli" əldə etmək ən çətin sözdür"

“Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.

AYNA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda “bəli” əldə etmək ən çətin sözdür”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: “Biz sülh sazişi üzərində işləyirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş