Dörd körpədə COVID-19 aşkarlanıb

Dünya

31.03.2020 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Avstraliyada koronavirusa yoluxan körpələrin sayı 5-ə çatıb

 

Avstraliyada daha 4 körpədə koronavirus aşkar edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxan körpələrin sayı 5-ə çatıb.

 

Hadisənin qeydə alındığı Viktoriya əyalətinin Səhiyyə naziri Jennt Mikakos körpələrin evdə karantin şəraitində virusa yoluxduğunu bildirirək, hadisə ilə əlaqədar istintaq başlandığını vurğulayıb.

 

Qeyd edək ki, Avstraliyada son 24 saat ərzində 97 nəfərdən çox insanda koronavirus aşkarlanıb. Ümumi yoluxanların sayı 4 min 557-yə çatıb. 19 nəfər isə virusdan vəfat edib.

 

Avstraliya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün yeni qaydaların tətbiq olunduğunu açıqlayıb. Karantin tətbiqinin davam etdiyi ölkədə 2-dən çox insanın 1 metrdən çox məsafədə dayanması qadağan edilib. Bununla yanaşı, ölkədə oyun meydançaları, qapalı və açıq idman sahələri bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş