Danimarka bir ay ərzində Ukraynaya F-16 qırıcıları tədarük edəcək

Dünya

14.05.2024 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Bütün təfərrüatlar hələ dəqiqləşdirilməyib

Danimarka dördüncü nəsil F-16 qırıcılarını bir ay ərzində Ukraynaya təhvil vermək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Krallığın Baş naziri Mette Frederiksen bildirib.

Bütün təfərrüatlar hələ dəqiqləşdirilməyib. Bu, Kopenhagenin Kiyevə verməyi planlaşdırdığı təyyarələrin sayına da aiddir.

Mayın 12-də Britaniyanın “Standard” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadən yazıb ki, ilk F-16 qırıcıları bir neçə həftədən sonra Ukraynada peyda olacaq. Nəşrin yazdığına görə, bu, iyun-iyul aylarında baş verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş