Danimarka ABŞ-la hərbi müqavilə bağlayıb

Dünya

19.12.2023 - 17:05

cedabet dərman SEO Xidməti

Baş nazir: “Saziş həmçinin ABŞ qüvvələrinin Şimali Avropa və Baltik dənizinə çıxışını gücləndirəcək”

Danimarka ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsi bağlayıb. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə krallığın Baş naziri Mette Frederiksen bildirib.

"Danimarka ABŞ-la Amerika əsgərlərinin və hərbi texnikasının Danimarka torpaqlarında yerləşdirilməsinə icazə verəcək müdafiə razılaşması əldə etdi", deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, saziş həmçinin ABŞ qüvvələrinin Şimali Avropa və Baltik dənizinə çıxışını gücləndirəcək.

Bundan əvvəl Danimarka ilə müdafiə sazişi imzalanacağını ABŞ dövlət katibi Antoni Blinken açıqlayıb. Blinken qeyd edib ki, hazırda Birləşmiş Ştatlar şimaldan cənuba Avropaya, Şimal dənizindən Qara dənizə qədər uzanan və bütün qitədə təhlükəsizlik və sabitliyi təmin edən müdafiə sahəsində əməkdaşlıq sazişləri şəbəkəsinə malikdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş