Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya

09.05.2020 - 09:55

cedabet dərman SEO Xidməti

Ölkənin bir çox bölgələrində komendant saatının fəaliyyəti azaldılacaq

 

Peru Respublikasında koronavirus səbəbindən karantin rejiminin müddəti mayın 24-dək uzadılıb və komendant saatı yumşaldılıb.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb.

 

“Biz koronavirus səbəbindən fövqəladə vəziyyət rejimini bazar gününədək, mayın 24-dək uzatmalıyıq”, - o deyib. Dövlət başçısının sözlərinə görə, karantinin bitməsi xəstəliyin yeni dalğasına gətirib çıxara bilərdi.

 

Ölkənin bir çox bölgələrində komendant saatının fəaliyyəti azaldılacaq. Əgər indi o, saat 18:00-da başlayır və 04:00-da bitirsə, mayın 11-dən o, saat 20:00-dan 04:00-dək olacaq.

 

Şimal bölgələrində isə o, əvvəlki cədvəlində qalacaq – 16:00-dan 04:00-dək.

 

Qeyd edək ki, indiyədək Peruda ümumilikdə 61,8 min koronavirusa yoluxma halı qeydə alınıb. 1 714 nəfər vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş