Daha bir azyaşlı koronavirusun qurbanı olub

Dünya

31.03.2020 - 17:40

Həkimlər Klinikalar SEO Xidməti

Qızın virusun qurbanı olması koronavirusdan ən azyaşlı ölüm halı kimi qeydə alınıb

 

Dünən Portuqaliyada 14 yaşındakı bir uşağın koronavirusdan ölümündən sonra bu gün də oxşar hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Belçikada 12 yaşlı bir qız koronavirusdan xəstəxanada dünyasını dəyişib.

 

Qızın virusun qurbanı olması koronavirusdan ən azyaşlı ölüm halı kimi qeydə alınıb.

 

Qeyd edək ki, ötən həftə Fransada 16 yaşılı bir qız paytaxt Parisdə koronavirusun qurbanı olmuşdu. Mərhumun anasının Fransa mətbuatına verdiyi açıqlama diqqət çəkmişdi: “Bizə deyirdilər ki, bu xəstəlik yalnız yaşlı insanlara zərər verir. Buna görə də bütün deyilənlərə əməl etmişdik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş