Bölgədə antiterror əməliyyatları davam etdirilir
Türkiyənin hüquq mühafizə orqanları Şirnak ərazisində 3 terrorçunu zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, “İldırım” əməliyyatının 11-ci mərhələsinin gedişatında Bestler ərazisində üç PKK silahlı terrorçusu zərərsizləşdirilib. Bölgədə antiterror əməliyyatları davam etdirilir.